GƏNCLƏR ÜÇÜN İMKAN: 2 AYLIQ BOLQARISTANDA TƏCRÜBƏ

Regionlar: Azərbaycan
Vaxt: 10.11.2014, 18:00  –  17.11.2014, 00:00
Elandakı məlumatın adı: BolqarIstanda 2 aylIq Təcrübə Proqramı
Məkan: Bolqarıstan
Məqsəd:
– Könüllülüyün və Erasmus+ Proqramının təbliğ edilməsi
– Gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi
– Tolerantlığın və mədəniyyətlərarası dialoqun təbliğ edilməsi
Mövzu sahəsində olan təcrübə:
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildən Avropa Könüllülük Xidməti çərçivəsində Göndərən və Qəbul edən Təşkilat statusuna malikdir.
Tərəfdaşlar:

“Alternativi International”
İştirakçılar: 18-30 yaş Azərbaycan Gənci
Tədbirin başlama vaxtı: 05.01.2015  –  05.03.2015
Elan:

Təcrübə 5 yanvar – 5 mart tarixlərini əhatə edir və Gürcüstan, Türkiyə, Xorvatiya, Makedoniya, Rumınıya, İspaniya, Çexiyadan olan gənclərlə birgə könüllülüyün təbliği ilə bağlı “Radio Alternativi” –də fəaliyyət göstərmək imkanı yaradır. Fəaliyyət müqavilə əsasında təşkil ediləcək və Azərbaycandan yalnız 1 nəfər iştirak şansı qazana bilər.

Layihədən əldə edəcəkləriniz:
– Təşkilatçılıq bacarıqları
– Ingilis dili bacarıqlarının inkişaf etdirilməsi
– Həftədə 2 dəfə Bolqar dili dərsləri
– Müxtəlif mədəniyyətlərlə yaxından tanış olmaq
– Vaxtı səmərəli şəkildə öyrənərək və əylənərək keçirmək

İştirakçılar üçün:
– Viza dəstəyi
– Visa xərcləri
– Yol xərclərinin bir hissəsi (360 Euro dəyərində)
– Yemək xərcləri (ayda 100-120 Euro dəyərində)
– Yaşayış yeri
– Cib xərci (ayda 65 Euro dəyərində)
təmin edilir.

Namizəd üçün tələblər:
– 18-30 yaş
– 5 yanvar – 5 mart aralığında layihədə iştirak etmək imkanı
– Yaxşı ingilis dili biliyi

Ətraflı məlumat üçün:
Maraqlanan şəxslər ingilis dilində CV və Motivasiya məktubunu 17.11.2014 – cü il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərlər.

Əlavə material:

Əlaqə vasitələri:
Əlaqələndirici şəxs: Hüsniyyə Qafarova
Vəzifə: Layihə koordinatoru
Mobil tel:
Tel: 012 441 16 31
Fax: 012 441 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Suleyman Rüstəm küç. 15H