RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Gənclərin İncəsənət Sevgisi” adlı layihə çərçivəsində keçirilən sərgi başa çatıb

354

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə , “Gənclərin İncəsənət Sevgisi” adlı layihə  çərçivəsində keçirilən  sərgi başa çatmışdır.  Layihə rəhbəri  Sevda  Məmmədlinin  verdiyi  məlumata  görə , “Park Bulvar” Ticarət Mərkəzində baş  tutan sərgidə ,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  nazirin  müavini   İlqar  Rəhimov,  SMN  yanında Dövlət  Sosial  Təminat  Xidmətinin  rəisi  Çingiz  Əliyev,  Sağlamlıq  İmkanları  Məhdud  olan Gənclərin  Peşə  Reabilitasiya  Mərkəzinin  direktoru Rəhilə  Həsrətova  və  mərkəzin  istedadli gəncləri,  əlillərlə işləyən  bir çox ictimai  birliklərin,  eləcə də gənclər təşkilatlarının  nümayəndələri,  sənətsevərlər  iştirak edib. Qonaqlar  tərəfindən   çox  böyük  maraqla qarşılanan  sərgi 3 gün  olmaqla,   30,31 iyul və 1 avqust tarixlərini əhatə etmişdir.  Özündə sağlamlıq   imkanları  məhdud olan gənclərin müxtəlif növdə rəngarəng əl işlərinin nümayişini əks etdirən layihə KİV-lərdə də böyük oxucu və izləyici kütləsi qazanmışdır. Sonda layihəyə dəstək olan hər bir quruma ayrı-ayrılıqda təşəkkürünü bildirən layihə rəbəri, həm də  layihənin əhəmiyyəti barədə geniş məlumat vermiş,  bu kimi layihələrin davamlı olacağını diqqətə çatdırmışdır.

11817138_1117440298283280_1381447299295900777_n 11826054_1117440418283268_6632105100564704009_n 11855771_1117440604949916_831585402759047473_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı