“Gənclərin kreativ könüllü fəaliyyəti” layihəsi həyata keçirilib

Dialoq.info xəbər verir ki, Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin kreativ könüllü fəaliyyəti” layihəsi həyata keçirilib. Layihə Gənclər Fondunun elan etdiyi V qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olan Cavadli Cavad Abutalib oglu tərəfindən icra olunub . Lаyihənin məqsədi: Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması, könüllülərin şəbəkəsinin yaradılması və onların bilik və bacarıqlarının artırılması yolu ilə aktiv fəaliyyətlərinin təmin olunması. Layihə zamanı Könüllülüklə bağlı beynəlxalq təcrübə, Könüllülüyün cəmiyyətin inkişafına tövhəsi, gənclərin inkişafında və karyerasında uğuru, Təlimdə Könüllülük nədir, könüllülüyün tarixi, Könüllü Fəaliyyəti Haqqında Azərbaycan Respublikasının qanunu, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında bilgilər verildi. Təlimdə gənclərin maariflənməsi məqsədilə hazırlanan buklet, köynək, kitapça və sertifikat tədbir iştirakçılarına paylanıldı.