“Gənclərin Şərqi Avropa və Cənubi Qafqazda iştirakının və qərarvericilik qüvvəsinin gücləndirilməsi” başa çatıb

Avropa Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Gənclərin Şərqi Avropa və Cənubi Qafqazda iştirakının və qərarvericilik qüvvəsinin gücləndirilməsi” layihəsi başa çatıb.
4 gün davam edən layihədə Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Moldova, Türkiyənin Milli Gənclər Şuralarının 20 gənc nümayəndəsi iştirak edib.
Layihənin məqsədi Şərqi Avropa və Cənubi Qafqaz regionlarında gənclərin qərarvericilik prosesində iştirakının gücləndirilməsi üçün Milli Gənclər Şuraların tərəfindən hazırlanan iştirak mexanizminin tərtib olunmasından ibarətdir.
Şərqi Avropa və Cənubi Qafqaz bölgəsinin Gənclər Şəbəkəsinin Milli Gənclər Şuralarının nümayəndələrinin iştirakı ilə keçirilən layihədə ilkin olaraq öz Azərbaycanda və digər ölkələrdə gənclər siyasəti bağlı analiz aparıblar və bu sahədə olan problemlər müzakirə olunub. Növbəti günlərdə iştirakçılar qruplara bölünərək müzakirələr əsasında problemlərin həlli istiqamətində strateji planın hazırlayıb təqdimatını keçiriblər.
Tədbirin sonuncu günündə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev layihənin iştirakçıları ilə görüş keçirib. Görüşdə Nazirliyinin iş strukturu, fəaliyyəti, Azərbaycan gənclər siyasətindən, dövlətin gənclərə dəstəyindən və bu sahədə görülən işlərdən danışılıb.
Qeyd edək ki, iştirakçılar müzakirə əsasında müəyyən olunmuş məqsədlərə çatması istiqamətində hazırlanmış strateji plan üzrə öz ölkələrinə fəaliyyətə başlayacaqlar. Belə ki, gənclər öz ölkələrində gənclərlə işləyən dövlət qurumlarına müraciət edərək, gənclərin təmsil olunduğu Məşvərət Şuraların yaradılması üçün ictimai vəkillik edəcəklər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here