RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Gənclərin zərərli vərdişlərdən qorunması məqsədilə mariflənmə kampaniyası keçiriləcək

237

Gənclərin zərərli vərdişlərdən qorunması məqsədilə kampaniya həyata keçiriləcək “Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Gənclərin zərərli vərdişlərdən və yad təsirlərdən qorunmasına yardım məqsədilə mariflənmə kampaniyasının həyata keçirilməsi” layihəsini uğurla icra etməkdədir. Bu barədə məlumat verən Birliyin İdarə Heyətinin sədri, layihənin rəhbəri Mübariz Göyüşlü qeyd edib ki, bir neçə maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzəzrdə tutulub: “Əsasən tələbə gənclərin iştirakı ilə baş tutacaq tədbirlərdə zərərli vərdişlərdən bəhs ediləcək, onlardan müdafiə olunmağın yolları göstəriləcək. Tədbirlərdə gənclərə maarifləndirici bukletlər paylanacaq, slayd vasitəsilə bu məsələ ətrafında fikir mübadiləsi aparılacaq. Gənclərin mövzu ilə bağlı təklifləri, eyni zamanda məruzəçilərimizin qeydləri sistemləşdirilib müvafiq qurumlara göndəriləcək. Bizim bununla bağlı ilk tədbirimiz 4 noyabrda baş tutub və bunan sonra da bu istiqamətdə bir neçə tədbirlər təşkil edəcəyik”. Məlumat üçün bildirək ki, tədbirdə iştirak etmək istəyənlər [email protected] emailinə müaricət edə bilərlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı