RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Gəncliyin Səyahəti” Layihəsinə start verilir

489

“Gəncliyin Səyahəti”

“Gəncliyin Səyahəti” Layihəsinə start verilir.

Azərbaycan Respublikası Prezident yaninda Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatı dəstəyi ilə “Gəncliyin Səyahəti” Layihəsinə start verilir.

Qeyd edək ki, layihə gənclərə xüsusilə turizm sektoruna böyük maraq göstərən gənclərə bu istiqamətdə praktiki biliklərin artırılmasında böyük rol oynayacaq. Beləki, “Gəncliyin Səyahəti” layihəsində gənclər xüsusilə də, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri öz xüsusi Tur paketlərini hazırlayacaq və onların təqdimatını keçirəcəkdir. Seçim mərhələsini keçdikdən sonra qalib gələn Tur paket tərəfimizdən maliyyələşdirilərək həyata keçiriləcək.
Layihədə iştirak etmək istəyən şəxslərdən xahiş olunurki, əvvəlcədən ölkə daxili öz tur paketlərini hazırlasınlar və 10 oktyabr tarixinədək aşağıda göstərilən elektron ünvana göndərərək qeydiyyatdan keçsinlər.
Qeydiyyatdan keçmiş şəxslər müəyyən edilmiş müddətdə Azərbaycan Turizm və Menecment Universitetinin müəllimlərindən seçilmiş münsiflər heyətinə öz Tur paketlərinin təqdimatın keçirəcəkər. Münsiflər heyəti tərəfindən seçilmiş paketin bütün maliyyə xərcləri ödənilərək 18 oktyabr tarixində həyata keçiriləcək!

Layihə rəhbəri – Aygün Fetullayeva
Baş kordinator- Gündüz Bəxtiyarov
Əlaqə: – 0515282714 Aygün e-mail: [email protected]
-0556013161 Gündüz e-mail: [email protected]m

12036717_1660522034224797_4539387403271720333_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı