CƏMİYYƏT 2020.01.08 18:27

Gənc namizəd Prezidentin çağırışına cavab olaraq seçkiyə qoşulub

2.4K

Cənab Prezident İlham Əliyevin “Ümidedirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəalqoşulacaqlar” çağırışından güc alaraq Milli Məclisə 9 fevral 2020-ci iltarixdə keçirilən növbədənkənar seçkilərdə cavanların aktiv iştirakı müşahidəolunur.

 Belə gənclərdən biri də aktiv ictimai mövqeyi ilə tanınan gənc hüquqşunas Elnur Mustafayevdir. Bir neçə gün bundan əvvəl 24 saylı Nizami birinci Dairə Seçki Komissiyasında Elnur Mustafayevin deputatlığa namizədliyi qeydə alınıb. Namizədliyin qeydə alınması üçün lazım olan sayda imzanı toplayaraq vaxtından əvvəl təhvil verən Elnur Mustafayev DSK-nın müvafiq qərarından sonra bu statusu əldə edib. Deputatlığa namizəd Elnur Mustafayev imzaların toplanılması prosesində aktiv iştirak edən hər bir kəsə, o cümlədən ədalətli qərar qəbul edən 24 saylı Nizami birinci DSK-nın rəhbərliyinə, üzvlərinə minnətdarlığını bildirib.

Qərardan dərhal sonra deputatlığa namizəd Elnur Mustafayevin seçki qərargahı formalaşdırılıb, seçkinin təbliğat-təşviqat mərhələsində görülməsi vacib olan işlərin bölgüsü həyata keçirilib.

Məlumat üçün bildirək ki, Mustafayev Elnur Akif oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Müdafiə Nazirliyinin Qazax rayonundakı “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib.Rusiya Federasiyası Moskva Dövlət Su Nəqliyyatı Akademiyasının Hüquq fakultəsini əyani şöbəsində təhsil almış və 2008–ci ildə həmin universteti (bakalavr, magistr) bitirmişdir.Hazırda tikinti şirkətində hüquqşunas vəzifəsində çalışır. Ölkənin bir sıra bölgələrində önəmli mövzularla bağlı sosial-humanitar layihələr həyata keçirən Logo Center Psixoloji və Nitq İnkişaf Mərkəzinin qurucusudur. Ailəlidir, bir övladı var.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı