Gəncədə AXC-nin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər kecirilib

APA-nın qərb bürosunun verdiyi məlumata görə, “Xalq Cumhuriyyətinin varisləyirik” devizi altinda kecirilən tədbirdə şəhər rəhbərliyi ilə yanaşı Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyyət üzrə müavini, general-leytenant Kərim Vəliyev, Qacaq Məmmədqasımın nəvəsi Türkiyə Cumhuriyyətinin Müdafiə nazirinin müavini Şuay Alpay, Turkiyə və Gürcüstanın Gəncədə ki baş konsulları iştirak edib.

Heydər Əliyevin abidəsinin ziyarətindən sonra qonaqlar “Azərbaycan Xalq Cumhuriyyəti” muzeyində olublar. 100 illik münasibəti ilə yenidən qurulan muzeyə baxış kecirilib. 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Xalq Cumhuriyyətinin nazirlər Kabineti məhz bu binada fəaliyyət göstərib. 6 otaqdan ibarət olan muzeyin 4 otağı Azərbaycan Xalq Cumhuriyyəti dövrünü əks etdirən eksponatlar nümayiş olunur.

Axşam saatlarında isə Heydər Əliyev Park-kompleksində xüsusi ssenari əsasında hazırlanmış, teatrlaşdırılmış kütləvi mərasim keçirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here