Genetika mövzusunda seminar keçiriləcək

Respublika Müalicəvi Diaqnostika Mərkəzində hamilə qadınların sağlamlığı və profilaktikası həmişə diqqət mərkəzində saxlanılır. Tibb ocağında növbəti tədbir həmin mövzuya həsr olunacaq.

İyunun 20-də saat 15-də mərkəzdə “Hamiləlik, körpə və genetika” mövzusunda seminar keçiriləcək. Seminarı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin mütəxəssis-genetiki Elxan Rəsulov aparacaq. Əvvəlcədən mərkəzə zəng edib qeydiyyatdan keçməklə seminarda iştirak etmək olar.

AZƏRTAC