RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“GİZLİ İDARƏETMƏ və ya Təsirə Əks Təsir (F=-F)” psixoloji seminar!

597

CİBS (Caspian International Business Services) şirkəti və “Qadın İnkişaf mərkəzi” ilə xanımlarımız üçün növbəti lahiyəsini təqdim edir.

 

“GİZLİ İDARƏETMƏ və ya Təsirə Əks Təsir (F=-F)” psixoloji seminar!

Gündəlik həyatımızda özümüz də hiss etmədən başqalarının təsiri ilə qarşılaşırıq. Bəzən bu təsirin qurbanı olur, bəzənsə özümüzü bu təsirdən qoruya bilirik. Seminar sizə ətrafınızda olan “MANİPULYATOR” larla düzgün davranmağı öyrədəcək.

 

Seminarın məqsədi:

 

• Manipulyasiyanın meyarlarını izah etmək

• Sizi manipulyatorlardan qorumaq,

• sizə edilən təsirlərə əks müqavimət göstərmək,

• psixoloji tələlərdən müdafiə olunmaq.

 

Seminarın proqramı:

 

• Şəxsiyyətin dağıdıcı ifadələrdən istifadə etməklə trans (resurssuz) vəziyyətə salınması (öz iradəsindən asılı olmayaraq);

• Şəxsiyyətin həssas tərəflərinin, şüuraltı hərəkətlərin üzə çıxarılması;

• Əminliliyin aradan qaldırılması, köməksizliyin və ziddiyətin yaradılması;

• Emosional qətiyyətsizliyin formalaşdırılması. Depresiya, həyacanın yaradılması;

• Manipulasiyanın texnikaları.Təsirə və manipulasiyaya necə müqavimət göstərmək olar.

Təlimçilər:

TƏBRİZ HACIYEV

CIBS (Caspian International Business Services) təlim mərkəzinin təsisçisi,“Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri, Biznes təlimçi, Yalan üzrə ekspert, Azərbaycanda ilk dəfə olaraq Operativ Psixodiaqnostika və FACS (facial action coding system) üz əzələlərinin kodlaşdırılması sistemi layihələrinin rəhbəri. İndiyə qədər yüzlərlə mütəxəssis hazırlamışdır. Gilan Holding, ASB(Azərbaycan Sənaye Bankı), CSS( Caspian Support Solutions), Bakı Sığorta, Bank Respublika, AZBENTONİT, MBASK sığorta kimi onlarla böyük şirkətlərə və ya onların nümayəndələrinə habelə FHN (Fövqaladə Hallar Nazirliyi) ,DİN (Daxili İşlər Nazirliyi), eləcə də digər müxtəlif güc strukturlarında və ya onların ayrı-ayrı nümayəndələrinə yüzlərlə təlim və seminarlar vermişdir. Həmçinin Rusiya, Ukrayna ,Gürcüstan, Belarusiya, Latviya ,Türkiyə, Kipr,Özbəkistandan onlarla şəxslərə online təhsil vermişdir.8 illik təcrübəyə sahibdir.

GÜLNARƏ TAĞIYEVA

 

CIBS (Caspian International Business Services) təlim mərkəzinin direktoru, şəxsiyyətlərarası münasibət üzrə konsultant, coach, yalan üzrə ekspert, Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın Mütəxəssis profayleri, biznes təlimçi

 

 

Seminar ödənişsizdir. (Yerlər məhduddur)

 

Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı 44 Caspian Plaza, korpus 1, mərtəbə 8, Nizami M/S yaxınlığı.

Tarix və saat : 10.10.2015 17:00-18:30
  • QEYDİYYATDAN KEÇ

 

 

QEYDİYYATDAN KEÇ http://cibsaz.com/gizli-idareetme-ve-ya-tesire-eks-tesir-f-f-psixoloji-seminar.htmll

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı