RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Global Village 2015: Summer Edition

596

Ən böyük mədəniyyətlərarası festivalın bir hissəsi olmaq istəyirsinizmi?
Global Village sizə bir gün ərzində bütün dünyanı səyahət etmək şansı verir!

GLOBAL VILLAGE haqqında:

Global Village AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng, enerjili və gözlənilən mədəniyyət festivalıdır. Dünyanın 12 ölkəsindən çox nümayəndələr dostluq abu-havasını yaratmaq və dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün bir yerə toplaşacaqlar!
Tədbirin qonağları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənət və adət ənənələrindən zövq ala bilərlər, çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə edə bilərik.

Global Village-in Yaya Xüsusi tədbirində sizə AIESEC Azərbaycan tərəfindən dünyanın 12 ölkəsindən Azərbaycana dəvət olunan 20 xarici könüllü öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda biri-birindən gözəl məqsədlər üçün toplaşıblar, belə ki onlar “FireFlies”, “World for Kids” və “Talk out Loud” layihələrinin iştirakçılarıdırlar. Qeyd edək ki, “FireFlies” layihəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Burada dünya ölkələri bir birindən bir addımlıqdadırlar!

Vaxt: 24 Iyul, 18:00
Tədbir Park Bulvar Alış-veriş Mərkəzində keçiriləcək.
Tədbirdə iştirak pulsuzdur.

10440748_922213114483672_6308381153080338480_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı