“Google” şirkəti yeni servis-məlumat proqramını işə salıb

“Google” şirkəti kafe və ya restoranda masaların nə vaxt boşalacağını öyrənməyə imkan verən yeni funksiyanı istifadəyə verib.

Şirkətin məlumatına görə, yeni funksiyadan “Google Maps” proqramında, eləcə də axtarış sistemində yararlanmaq mümkündür. Məlumat bazasında 500 minə yaxın müəssisə haqqında informasiya toplanıb. Bundan başqa, funksiyanın sutka ərzində fəaliyyət göstərməsi istənilən vaxt boş masa haqqında məlumat əldə etməyə imkan verir.

Bütün lazımi informasiyanı öyrənmək üçün istifadəçi “Google” axtarış sətrində iaşə obyektinin adını yazmalı və ya kartdan istifadə etməlidir.

Yeni funksiya vasitəsilə, həmçinin muzey və ərzaq mağazaları barədə də məlumat almaq mümkün olacaq.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here