Görkəmli ədəbiyyatşünas alimlə görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsində görkəmli ədəbiyyatşünas alim Qəzənfər Paşayevlə görüş keçirilib.

Paytaxtdakı 276 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Bakı Dövlət Universitetinin professoru Şirindil Alışanov, yazıçı Kamran Nəzirli, alimlər, kərküklü qonaqlar, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev qonaqları salamlayaraq görkəmli alimin elmi və bədii yaradıcılığından, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb.

Çıxış edən İdarənin müdir müavini Hüseyn Əsgərov görkəmli alim, professor Qəzənfər Paşayevin doğma vətənində olduğu kimi İraq, Türkiyə, İran kimi ölkələrdə də dilçi, ədəbiyyatşünas, folklorçu, pedaqoq və ictimai xadim kimi tanındığını söyləyib.

Tədbirdə çıxış edən digər qonaqlar Qəzənfər Paşayevin zəngin elmi fəaliyyəti ilə kərkükşünaslığın əsasını qoyduğunu və ölkənin ziyalısı kimi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Yazıçılar Birliyində və Respublika Ağsaqqallar Şurasında fəaliyyəti ilə bir nümunəyə çevrildiyini diqqətə çatdırıblar.

Daha sonra professor Qəzənfər Paşayev şagirdlərə öz fəaliyyəti ilə bağlı geniş məlumatlar verib və onların suallarını cavablandırıb.

Tədbirdə şagirdlər tərəfindən hazırlanmış müxtəlif kompozisiyalar, musiqi nömrələri nümayiş olunub, şeirlər ifa edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here