“Görünməyəni Satmaq” – Təlim (Qeydiyyat)

“Görünməyəni Satmaq” – Təlim (Qeydiyyat)

Əziz və Dəyərli Dostlarımız !

Sizləri, 3 Aprel tarixində saat 14:00-da peşakar təlimçi Məhəmməd Kərimin təqdimatında fərqli formatda keçiriləcək ” Görünməyəni Satmaq ” adlı təlimə dəvət edirik !

Təlim haqqında qısa məlumat :

Son zamanlar, müasir dünyamızda şirkətlər və ya müəssisələr daha çox mənfəət əldə etmək, daimi müştəri toplusunu və illik inkişaf proqramlarını daha da sürətli bir rejimə keçirmək üçün müxtəlif satış strategiyalarından istifadə edirlər. Diqqət yetirsəniz özünüzdə şahidi olacaqsınız ki, bir neçə xarici şirkətlər və ya restoranlar ölkəmizdə yeni fəaliyyətə başlamasına baxmayaraq, qısa zamanda böyük bir müştəri ordusunu özündə cəmləyir və ölkə daxilində tanınmış marka imajını formalaşdırır . Bəs 10 ildən çox ölkədə fəaliyət göstərən yerli şirkətlər, müəssələr və ya restoranlar niyə bu müştəri odusunu özündə cəmləyə bilmir və ya hələdə bir marka imajı formalaşdırmaqda əziyyət çəkir ?

Bütün bu sualların cavabı, 3 Aprel 14:00-da tanınmış və peşakar təlimçi Məhəmməd Kərim təqdimatında “Görünməyəni Satmaq” adlı təlimdə sizləri gözləyir

” Görünməyəni Satmaq ” adlı təlimdə iştirak etməklə siz :

▶ “Görünməyəni Satmaq” anlayışı və strukturu
▶ Biznes və Satış’da görünməyəni satmaq prosesi
▶ Müştəri niyə görə daha çox görünməyəni almaq istəyir ?
▶ Hansı yerli və xarici şirkətlər görünməyəni daha yaxşı satırlar ?
▶ Görünməyəni satmaqla marka şirkətlərin əldə etdikləri mənfəət və inkişaf strukturu
▶ Yerli müəssisələrimizdə görünməyəni sata bilməməyin verdiyi mənfi nəticələr tablosu “ÖYRƏNƏCƏKSİZ ”

Ödəniş Cədvəli (SERTİFiKAT verilir )

Digər şəxlər üçün -10 AZN
Tələbələr üçün – 7 AZN

Qeydiyyatdan keçmək üçün ▶AD, ▶Soyad, ▶”Görünməyəni Satmaq” adlı təlim, ▶Tələbəyəm (və ya Digər) yazıb ▶051 8432599 WhatsApp nömrəsinə və ya ▶077 4641868 nömrəsinə mesajla göndərə bilərsiniz.