“GRENKE Chess Classic 2019”: Arkadi Naydiç ilk turu heç-heçə ilə başa vurub

Almaniyada “GRENKE Chess Classic 2019” superturnirinin ilk turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, ilk turda Azərbaycan şahmatçısı Arkadi Naydiçin ermənistanlı Levon Aronyanla oyunu heç-heçə başa çatıb. Maqnus Karlsen Vinsent Keymerə qalib gəlib. Turun digər oyunlarında Qeorq Mayer Fransisko Valexo, Piter Svidler Fabiano Karuana, Maksim Vaşe-Laqrav Vişvanatan Anandla sülh bağlayıblar.

Aprelin 21-də ikinci turda Arkadi Naydiç P.Svidlerlə mübarizə aparacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here