GSTM layihəni uğurla davam etdirir – Könüllülük gənclərin aktiv vətəndaş kimi formalaşmasında mühüm yer tutur

“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə Sabirabad rayonu və Şirvan şəhərində “Könüllü ol, Fərqli ol, Hər zaman birinci ol!” layihəsinin icrasını davam etdirir.
Birliyin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində Sabirabad və Şirvan şəhərindən olan yeniyetmə və gənclərlə görüş keçirilib, könüllülüyün əsas prinsipi, könüllü olmaqla gələcəkdə əldə edəcəkləri uğurlar barədə geniş söhbət aparılıb.
Təlimlər zamanı qeyd olunub ki, Könüllülük bu gün milyonlarla insanın şəxsi və karyera inkişafına imkan yaradır, cəmiyyətin rifahına xidmət edir.  Bildirilib ki, Könüllülüyün gənclərin aktiv vətəndaş kimi formalaşdırılmasında, gələcəkdə iş həyatında yüksək sürətlə irəlləməsinə, geniş təcrübə qazanmasında əvəzsiz rolu var.
Layihə iştirakçıları söhbət əsnasında Könüllülük barədə onları maraqlandıran suallara ətraflı cavab alıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here