RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

GUAM-a üzv dövlətlər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

96

GUAM-a üzv dövlətlər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirilib ki, fikir mübadiləsi aprelin 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın baş katibi Altay Əfəndiyev ilə görüşü zamanı aparılıb.DGK sədri Aydın Əliyev Azərbaycanda gömrük sahəsində aparılan son islahatlar barədə məlumat verib və əməkdaşlıq münasibətlərinə toxunaraq bildirib ki, Azərbaycan GUAM üzvü olan ölkələrlə bütün sahələrdə, o cümlədən gömrük sahəsində sıx əməkdaşlıqda maraqlıdır.A.Əliyev indiyədək Bakı şəhərində GUAM çərçivəsində bir çox tədbirlərin keçirildiyini, həmçinin təşkilatın Ticarət və Nəqletməyə Yardım layihəsinin gömrük və sərhəd sahəsində bir sıra planların gerçəkləşdirilməsində, onların fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsində region üçün etibarlı platforma kimi çıxış etdiyini vurğulayıb.GUAM-ın baş katibi Altay Əfəndiyev Azərbaycanın GUAM üzvü olan dövlətlər arasında bütün sahələrdə, eləcə də gömrük sahəsində əməkdaşlığın inkişafına töhfəsini məmnunluqla qeyd edib. Ticarət və Nəqletməyə Yardım layihəsinin üzv ölkələr qarşısında mühüm vəzifələr qoyduğunu söyləyən baş katib vurğulayıb ki, sözügedən layihə üzrə məsələlərin həlli müvafiq orqanlar arasında əlaqələri möhkəmləndirib, bu əlaqələr istər regional, istərsə də beynəlxalq miqyasda tərəqqiyə və təhlükəsizliyə töhfəsini əsirgəməyib.Görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin perspektiv inkişafı müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

azertac.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı