Güclü yaddaş üçün 8 detal

Günümüzün ən böyük problemlərindən biri yaddaşsızlıqdır. Yediyimiz qidalar, həyat tərzimiz, yuxu sistemimizdən tutmuş bir çox amilin təsirindən getdikcə daha da geriləyən yaddaşı gündəlik mənimsəyəcəyimiz elementar vərdişlər sayəsində gücləndirə bilərik.

Bəs necə? Bu problemi aradan qaldırmağın yolları hansıdır?

Cəmi 8 detala əməl etməklə yaddaşı gücləndirmək olar:

1. Stresi düzgün yönləndirin. Düzgün yönləndirilmiş və kontrol altında saxlanılan stres işə yönəlməyə və diqqətli olmağa kömək edir, fikrin dağılmasının qarşısını alır. Diqqəti gücləndirir.

2. Hər gün yeni bir şey öyrənmək beyini hərəkətdə saxlayır, yaddaşı gücləndirir, ruh yüksəkliyi hissi verir. Hər yeni bilgi və bacarıq yaddaşı gücləndirmək üçün əla məşqdir.

3. Zehinsəl fəaliyyətinizə zaman məhdudiyyəti qoymayın. Televizor önündə keçirilən hər saniyəni daha yaxşı dəyərləndirmək olar.

4. Hər gün idman etmək şərtdir. Gün ərzində idmana 30 dəqiqə zaman ayırmaq həm fiziki həm də zehni fəaliyyətinizi daha da aktivləşdirəcək. Zaman olduqca yürüşlərə çıxmaq, daimi təmiz hava almaq ən vacib amildir.

5. Xüsusilə beyinə bu və ya digər təsiri olan dərmanlardan həkim nəzarəti olmadan istifadə etmək olmaz.

6. Meyvə-tərəvəz məhsullarından daimi istifadə etmək lazımdır. Təbii qidaların tərkibindəki vitamin və minerallar orqanizmin fəaliyyətini gücləndirir.

7. Kifayət qədər B1 vitamini , xüsusiylə B12 vitamini qəbul etmək lazımdır. B12 vitamin çatışmazlığı unutqanlığa səbəb olur.

8. Yaxşı və keyfiyyətli yuxu əsas şərtdir. Yaxşı bir yuxu aalmaq üçün ortalama 8 saat kifayətdir. Unutmamalıyıq ki, mühüm olan yuxunun kəmiyyəti yox keyfiyyətidir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here