RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“GÜLÜSTAN” jurnalının təqdimat mərasimi keçirildi

557

10 yanvar 2015-ci il tarixdə Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin Qardabani şəhərində yerləşən ofisində “GÜLÜSTAN” jurnalının təqdimat mərasimi keçirildi. Tədbiri açıq elan edən GYMD-nin sədri Musa Hacıyev dərnəyin fəaliyyəti haqqında məlumat verdikdən sonra bolgədə bir ailə və qadın dərgisinə ehtiyac olduğunu, elə bu səbəblə də “GÜLÜSTAN” jurnalının nəşrinə qərar verildiyini bildirdi.
Tədbirdə Şərqi Gürcüstanın müftisi Yasin Əliyev, Türkiyə Cümhuriyyəti Gürcüstan səfirliyinin Din İşləri Müşaviri Nebi Gümüş, Salam Vəqfinin sədri İrakli Artmeladze, BGMİ-nin Kvemo Kartli üzrə nümayəndəsi və Gürcüstan Müsəlmanlar Vəqfinin sədri İnşallah Qasımov, “UĞUR” təşkilatinin sədri Hacı Bəkiroğlu, “Qardabani Gənclər Mərkəzi”nin sədri Elsevər Əhmədov, “Gürcüstan Gənclərini Maarifləndirmə Assosasiyası”nın sədri Bəxtiyar Tanrıverdiyev, “GÜLÜSTAN” jurnalının redaktoru Nabat Eminova, dərginin redaktor müavini Lamiyə Hacıyeva (Eminova), Rustavi Mədəniyyət Mərkəzinin nümayəndəsi Mustafa Sədi oğlu, Fatimeyi Zəhra cəmiyyətinin sədri Gülşən Nemətova, məktəb direktorları, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı