Günay Əfəndiyeva Əziz Kocaoğlu ilə görüşüb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İzmir şəhər Bələdiyyə başçısı Əziz Kocaoğlu ilə görüşüb. Fonddan SİA bildirilib ki, görüşdə Günay Əfəndiyeva Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, türk dünyasının maddi-mənəvi irsinin və tarixinin öyrənilib qorunması istiqamətində apardığı işlər barədə danışıb.

Ə.Kocaoğlu Fondun türk dünyasına xas tarixi-mədəni irsin mühafizəsi və təbliğ edilməsinə dair fəaliyyət perspektivlərini yüksək qiymətləndirərək qurumun fəaliyyətini bütövlükdə türk dünyasının birliyi naminə töhfə kimi dəyərləndirib.

Görüşdə əməkdaşlıq çərçivəsində gələcəkdə mədəni sahədə müxtəlif mövzularla bağlı birgə layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunub.

Görüş zamanı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here