Gürcüstan hökuməti “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətini özəlləşdirməyə çıxarmağı planlaşdırır

Gürcüstan hökuməti bir neçə şirkət, idarə və səhmdar cəmiyyəti özəlləşdirməyə çıxarmağı planlaşdırır.

AZƏRTAC Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia “Bloomberg”ə müsahibəsində bildirib.

Nazir deyib ki, hökumət ilkin olaraq “Gürcüstan Dəmir Yolları” SC-ni və milli poçt operatoru olan “Gürcüstan Poçtu”nu özəlləşdirməyə çıxarmağı planlaşdırır. Lakin hökumət “Gürcüstan Dəmir Yolları”nda müəyyən həcmdə dövlət payını saxlamaq niyyətindədir.

Onun sözlərinə görə, ölkənin energetika bazarında yaranmış problemlərə görə 2011-ci ildən fəaliyyəti dayandırılmış “Dövlət energetika sistemi”nin də satışı nəzərdə tutulub.

Giorgi Kobulia deyib: “Dövlət şirkətlərinin satışı iqtisadiyyatın artımını stimullaşdırmalıdır. Dövlət bu obyektlərin satışından on milyonlarla gəlir əldə edə bilər”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here