Gürcüstanda keçirilən müsabiqədə azərbaycanlı ifaçı Səid Rəsulov birinci yerə layiq görülüb

01-05 aprel 2018-ci il tarixində Gürcüstanın Tiflis şəhərində keçirilən “Evgeni Mikeladze adına III beynəlxalq gənc ifaçılar müsabiqəsi”ndə azərbaycanlı ifaçı Səid Rəsulov (müəllim – Vladislav Kuznetsov) birinci yerə layiq görülmüşdür.

Rəsulov Səid Fərhad oğlu 17 may 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildə Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı Musiqi Məktəbinin truba ixtisası üzrə birinci sinfinə daxil olmuşdur. 13 yaşlı istedadlı musiqiçi ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən bir çox müsabiqələrdə laureat adını qazanmışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş II Respublika müsabiqəsində I yer, V Beynəlxalq Gələcək Ulduzlar müsabiqəsində III yer, Estoniyanın Narva şəhərində keçirilən Gənc truba ifaçıları üzrə beynəlxalq müsabiqədə I yer, Bolqarıstanın Stara Zaqora şəhərində  “Gənc truba ifaçıları üzrə IX beynəlxalq müsabiqəsi”ndə I yerə layiq görülmüşdür.

Qeyd edək ki, artıq üç ildir ki, Tiflis şəhərində “Evgeni Mikeladze adına beynəlxalq gənc ifaçılar müsabiqəsi” keçirilir. Müsabiqənin münsiflər heyəti tərkibinə S.Tkabladze, A.Lomtadze, L.Guldedava və başqaları daxildir. Komissiyanın rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Əziz Qarayusiflidir. Müsabiqə çox sürətlə inkişaf edirək, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here