RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.08.13 17:40

Gürcüstanda müxalif televiziya iflic oldu – Kiberhücum

96

Gürcüstanın müxalif “Pirveli” televiziyasına kiberhücum olub.

Axar.az xəbər verir ki, bu barədə məlumat televiziyanın yaydığı bəyanatda yer alıb.

Məlumata görə, hakerlərin hücumu nəticəsində televiziyanın mərkəzi serveri virusa “yoluxdurulub” və nəticədə kanalın fəaliyyəti tam iflic olub. Hücumla əlaqədar əksər verilişlərin yayımının dayandığı və televiziyada yalnız filmlərin yayımlandığı bildirilib.

Televiziya rəhbərliyi məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etdiyini bəyan edib.

Qeyd edək ki, “Pirveli” Gürcüstanın müxalifyönlü televiziyasıdır. Bir müddət əvvəl televiziyanın sahibi Vaxtanq Çereteli Mamuka Xazaradzenin sahibi olduğu “TBC Bank” vasitəsilə çirkli pulların yuyulmasında iştirak etdiyinə görə dindirilib.

Çereteli həmçinin Xazaradzenin yaxın dostunun oğludur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı