Gürcüstanda üç nəfər azərbaycanlı şagird orta məktəbi qızıl medalla bitirib

Bu il Gürcüstanda 1861 şagird tam orta təhsil məktəblərini qızıl medalla bitirib. Onların 588-i Tbilisi şəhərinin məktəbliləridir.

Orta məktəbi qızıl medalla bitirənlərdən üçü azərbaycanlıdır.

Qızıl medalları sahiblərinə Gürcüstanın elm və təhsil naziri Aleksandr Çeçelava və Tbilisi şəhərinin meri David Narmaniya təqdim ediblər.

Qeyd edək ki, bu il Gürcüstanda tam orta məktəbləri 40 min şagird bitirib.

Tələbə adını qazanmaq istəyən məktəblilər qabiliyyət tələb edən və ümumi fənlərdən, gürcü dili və ədəbiyyatı və xarici dil fənnindən qəbul imtahanı verməlidilər.

AZƏRTAC