RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Gürcüstanda “Xocalıya ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriləcək

166

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşkili ilə Gürcüstanda Xocalı ayı çərçivəsində ölkənin müxtəlif şəhərlərində “Xocalı həqiqətləri” adlı konfranslar, aksiyalar və s. tədbirlər həyata keçiriləcək. Şöbənin müdiri Nərgiz Əliyeva bildirib ki, artıq 4 ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyasının üzvü olaraq Gürcüstanda fevral ayı Xocalı ayı elan olur, kampaniya çərçivəsində ölkə masştabında tədbirlər, konfranslar və aksiyalar təşkil olunur. “Bu il də bu cür tədbirlər davam edəcək. Biz çalışırıq ki, tədbirlərimizə çoxsaylı xalqların nümayəndələrini cəlb edərək onlara qətliam haqqında ətraflı məlumat verək. Bunun üçün gürcü, ingilis dillərində informasiya bukletləri çap etmişik, filmlər hazırlamışıq ki, həqiqətlərimiz yaşadığımız cəmiyyətə təbliğ edək”, – deyə Nərgiz Əliyeva əlavə edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı