RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.10.09 13:57

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən 7200 ədəd siqaret aşkarlanıb

22

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 7200 ədəd siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi “Mercedes-Benz 280” və “Opel Vectra” markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 4200 ədəd “King” və 3000 ədəd “Marlboro” markalı siqaretlər aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı