RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.11.07 13:50

Gürcüstandan qanunsuz yolla gətirilən spirtli içkilər aşkarlanıb

17

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Volkswagen Passat” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, gömrük baxışı zamanı yük yerində üzərlərində “Moet Chandan Champagne” yazılan 24 ədəd 0,75 litirlik, “Jagermeister” yazılan 22 ədəd 1 litrlik, “Martini” yazılan 24 ədəd 0,75 litrlik və “Rakı” yazılan 14 ədəd spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı