RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ 2019.10.05 20:55

Gürcüstanın baş naziri və Tbilisi meri “Tbilisoba” bayramında Bakı pavilyonuna baş çəkiblər – FOTO

58

Gürcüstanın baş naziri Giorgi Qaxaria və Tbilisi meri Kaxa Kaladze “Tbilisoba” bayramı şənliklərinə qatılıblar.

“Report”un yerli bürosu xəbər verir ki, hökumət başçısı və mer Orbeliani meydanında qurulan Tbilisinin qardaşlaşmış və tərəfdaş şəhərlərinə həsr olunan pavilyonlara tanış olublar.

G.Qaxaria və K.Kaladze Bakı guşəsinə də baş çəkiblər. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov onları guşə ilə tanış edib. Diplomat rəsmi qonaqları “Tbilisoba” bayramı münasibətilə təbrik edib.

Səfir G.Qaxaria və K.Kaladzeyə “Tbilisoba” bayramında Azərbaycan paytaxtının da ayrıca pavilyonla təmsil olunmasına yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Baş nazir və mer Azərbaycan çayı və milli şirniyyatlarına qonaq ediliblər.

Qeyd edək ki, Tbilisi şəhər festivalında Gürcüstan prezidenti Salome Zurabişvili də iştirak edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı