RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.08.14 18:58

Gürcüstanla sərhəddə nasazlıq yarandı – DSX

43

“Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində texniki nasazlıq yaranıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, avqustun 14-də saat 17:00-da “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində “İdarələrarası Avtomatlaş­dırıl­mış Məlumat-Axtarış Sistemi”ndə (İAMAS) baş vermiş texniki nasazlıq səbəbindən şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışında gecikmələr yaranıb.

Hazırda sistemdəki texniki nasazlığın aradan qaldırılması məqsədilə İAMAS-ın operatoru olan “İdrak” şirkətinin əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı