GYF-də görüş keçirilib

Ötən həftə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, “Müasir İnkişaf” İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlü, BDU Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasının əməkdaşı Ramin Rzayev Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib.

Çay süfrəsi ətrafında keçən görüşdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və “Müasir İnkişaf” İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlü yüksək qonaqpərvərliyə görə fond rəhbərliyinə dərin təşəkkürlərinin bildirərək gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Görüşün sonunda xatirə hədiyyəsi olaraq qonaqlara “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi – QARDAŞ KÖMƏYİ”  kitabı təqdim edilib və xatirə şəkili çəkilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here