RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.09.11 17:31

Həkimlər Messiyə qadağa qoydular

28

“Barselona”nın kapitanı Lionel Messinin dönüşü yubanır.

Dialoq.info matc.az-a istinadən xəbər verir ki, argentinalı superulduz komandasının növbəti tur oyununu da buraxmalı olacaq.

Məsələ burasındadır ki, Leonun sağalma prosesi gözləniləndən yavaş gedir. Bu üzdən həkimlər onun “Valensiya” ilə qarşılaşmada da iştirakına qadağa qoyub. Messidən fərqli, artıq tamam sağalan digər hücumçu Luis Sures həftəsonu məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, La Liqanın III turu çərçivəsində keçiriləcək “Barselona” – “Valensiya” oyunu sentyabrın 14-də baş tutacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı