Həmsədrlərin Azərbaycana səfəri başlayır

ATƏT-nın Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland Azərbaycana gəlib. Bu gün Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri başlayır. Həmsədrlər Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.

Həmsədrlər ötən həftə Ermənistan və Dağlıq Qarabağda olub. Azərbaycana səfərdən sonra həmsədrlərin bəyanat verəcəyi gözlənilir.