“Hər günü bərpa edərək – rəssam-fotoqraf, yaradıcı və mütəfəkkir kimi”

“Hər günü bərpa edərək – rəssam-fotoqraf, yaradıcı və mütəfəkkir kimi”

“Hər günü bərpa edərək – rəssam-fotoqraf, yaradıcı və mütəfəkkir kimi”

MÜDDƏT: 1 Dekabr – 15 Dekabr, 2014
QEYDİYYAT ÜÇÜN SON TARİX: 20 NOYABR, 2014

Kurs İngilis dilində keçiriləcək.

KURSUN RƏHBƏRLƏRİ

Rəssamlar Rossella Emanuele və Mervyn Arthur fotoqrafiya, video, tamaşa və heykəltəraşlığı özündə birləşdirən müxtəlif sahəli iş təcrübəsini paylaşaraq həm müstəqil, həm də müştərək şəkildə çalışırlar. Dialoq.info xəbər verir ki, onlar mütəmadi olaraq Böyük Britaniya və digər ölkələrdə sənət işlərini nümayiş və dərc etdirirlər.

HƏDƏF QRUPU

Eksperimental fotoqrafiya, ideyaların inkişaf etdirilməsi və müasir incəsənət sahəsinə (heykəltəraşlıq, tamaşa, rəsm, video, şərti qrafik cızım və məzmun təhlili də daxil olmaqla) böyük marağı olan tələbələr. İştirakçılar müstəqil şəkildə çalışmağı bacarmalı və özləri ilə rəqəmsal kamera gətirməlidirlər.

CƏDVƏL
1-ci gün – Giriş mühazirələri, ideya və vizual strategiyaların yaradılması üçün göstərişlər
2-ci gün – Sahəyə səfər/ekskursiya – işin həyata keçirilmə prosesində nəzərdən keçirilməsi
3-cü gün – Qrup təlimatları
4-cü gün – Studiya çalışması – qarışıq texnikada “fotoqrafiyanın genişləndirilməsi” praktiki təcrübə
5-ci gün – Studiya çalışması – təlimatlar və təcrübələrin davam etdirilməsi
6-cı gün – Studiya çalışması – qrup təlimatları
7-ci gün – Sərgi üçün işin təqdimatı və quraşdırılması
8-ci gün – Qrup tənqidi və təkliflər. Sərgi
YEKUN
İştirakçılardan məşğələlərin sonunda Qrup Tənqid komissiyası üçün seçilmiş işlərini təqdim etmək və bu işləri nümayiş olunaraq müzakirə etmək xahiş ediləcək.

QEYDİYYAT
Qeydiyyat üçün son tarix: 20 Noyabr, 2014
Xahiş edirik, ərizəni dolduraraq iştirak etmək istəyiniz barədə məktubu (azı 200 sözdən ibarət) göndərəsiniz. İştirak etmək istəyiniz barədə məktub Azərbaycan, rus və ya ingilis dillərində yazıla bilər (öz seçiminizdən asılı olaraq).
Ərizə formasını bu link vasitəsilə yükləyyə bilərsiniz:

Application_Form_AZ Application_Form_ENG Application_Form_RU

E-mail: leyla.m@yarat.az Yalnız seçilmiş namizədlər məlumatlandırılacaq.