“Hər kəs bilsin, HƏYAT davam etsin!” Konsert Proqramı və Velosiped Yürüşü

Süd Vəzi Xərçənginə Qarşı Mübarizəyə Həsr Olunmuş Konsert Proqramı və Velosiped Yürüşü
Tədbirin şüarı: “Hər kəs bilsin, HƏYAT davam etsin!”
Süd vəzi xərçəngi bütün dünyada qadınlar arasında ən çox yayılmış xərçəng növüdür. Oktyabr ayı dünyada süd vəzi xərçənginə qarşı məlumatlandırma və mübarizə ayı kimi qeyd olunur.
“Azerbaijan Breast Cancer Awareness Campaign”in təşəbbüsü və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin dəstəyi və Roche şirkətinin təşkilatçılığı ilə erkən müayinənin əhəmiyyətini vurğulamaq məqsədilə Dənizkənarı Milli Parkda konsert təşkil olunacaq və süd vəzi xərçənginə qarşı məlumatlandırma məqsədilə maarifləndirici broşurlar paylanacaqdır.
Shark Head velosipedçilər qrupu öz yürüşünü süd vəzi xərçənginə qarşı məlumatlandırma və mübarizəyə həsr edəcəkdir.
Yürüş iki hissədən ibarət olacaqdır. İlk yürüş 15:20-də Dənizkənarı Milli Parkdan başlayacaq, ikinci yürüşə isə Azadlıq Meydanından start veriləcəkdir. İkinci yürüş hər ayın sonuncu həftəsində, şənbə günü Shark Head velosiped qrupunun təşkil etdiyi Critical Mass adlı veloyürüş ilə birlikdə keçiriləcəkdir.
Hər kəsi süd vəzi xərçəngi ilə mübarizə mövzusunda bizlərə dəstək olmağa və yürüşdə iştirak etməyə dəvət edirik!
Proqram:
Velosipedçilərin Toplaşma Saatı: 15:00
Hərəkət Saatı: 15:20
Konsert : 16:00-17:00
Məkan: Dənizkənarı Milli Park
Veloşou: 19:00-20:30
Critical Mass Velosiped Yürüşü: 21:00
Toplaşma Məkanı: Azadlıq Meydani