RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.10.09 15:03

“Hər kəs öz ağlına gələni deyir və öz istədiyini danışır”

40

“Ümumiyyətlə hər hansı bir kütləvi aksiyanın özünün konkret bir hədəfi olur. Amma “Milli Şura”nın ötən gün keçirdiyi aksiya göstərdi ki, bunların konkret hədəfləri və mesajları yoxdur”.

Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

“Əgər orada aparılan çıxışlara fikir versək görərik ki, hər kəs öz ağlına gələni deyir və öz istədiyini danışır. Onların konkret ideyaları və cəmiyyət üçün mesajları olmalı idi. Amma ənənəvi pərakəndə danışılmış sözlərdən başqa heç bir şey edə bilmədilər. İlk diqqət çəkən məqam bu idi. Bu göstərir ki, onların niyyəti hansısa əhalini maraqlandıran problemlərdən danışmaq deyil, sadəcə olaraq özlərini göstərməkdir. Orada bu fikri qüvvətləndirən ikinci bir məqam var. Görürsünüz ki, bunlar piketə çıxmamışdan öncə daha bir mitinqin keçiriləcəyi vaxtı elan etdilər. Təbii ki, bu da sual yaradır. Əgər siz bu piketin nəticəsini bilmədən niyə oktyabrın 19-na mitinq təyin edirsiniz? Bax, orada belə maraqlı məsələlər var. Bir piketin, mitinqin nəticəsini bilmədən növbəti mitinqin vaxtını elan etmək və bunu fasiləsiz dövri bir məsələyə keçirmək uşaq oyuncağı kimi bir şeydir. Burada başqa bir məqam da diqqəti çəkir. Orada pərakəndəlik o qədər özünü göstərdi ki, hətta dəfələrlə təxribata da cəhd etdilər. Yaxşı ki, hüquq-mühafizə orqanları burada çox ayıq-sayıq oldular, onların törətdikləri təxribata, eləcə də onların nəzarətindən kənarda baş verən təxribatlara yol vermədilər və bunun qarşısını çox məharətlə və savadlı şəkildə ala bildilər. Onlar cəmiyyətə yeni bir fikir çatdıra bilmədilər”-deyə, M.Ələsgərli fikrini tamamlayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı