RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.11.08 12:33

Hər şey Bakının xeyrinədir: savaş başlasa… – Köçəryan

21

Hazırda türmədə olan Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Sputnik-Armeniya” saytına müsahibə verib.

Köçəryan bir çox məqamlara toxunaraq, erməni xalqına və hazırkı hakimiyyətə məsləhətlər verib.

Onun sözlərinə görə, bu gün Ermənistan çox pis vəziyyətlə üzləşib:

“Ermənistan hakimiyyətinin səhvləri ucbatından siyasi arenadakı mövqelərimiz xeyli zəifləyib. Səhvlər isə göz qabağındadır. Paşinyanın “Qarabağ – Ermənistandır” kəlməsi ümumiyyətlə bu münaqişənin sülh yolu ilə həllini puça endirib. Hər şey Azərbaycanın leyhinə çevrilib, yəni ərazi bütövlüyünün vacibliyi prinsipinə”.

Köçəryan qeyd edib ki, Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın BBC-yə verdiyi son müsahibə çox ciddi fəsadlara gətirib çıxara bilər:

“Bu faktorlar Azərbaycanı hərəkətə keçməyə vadar edir. Bakı “Biz öz torpaqlarımızı, ərazi bütövlüyümüzü tələb edirik” deyərək hərbi əməliyyatlara başlaya bilər. Bu gün erməni xalqı başa düşməlidir ki, müharibənin fəsadları əvvəlkindən qat-qat dağıdıcı olacaq. Bəlkə, bunu Ermənistan hakimiyyəti və onun Feysbukdakı tərəfdaşları dərk etsə, bir az yuxudan ayıla bilərlər. Bu insanların müharibədən anlayışları belə yoxdur.

Siz təsəvvür edin – qarşı tərəf ordu xərclərini 20% artırdığı zaman bizim hərbi büdcəmizin dolmasının özü şübhə altındadır. Mən bunu söyüşsüz xarakterizə edə bilmirəm”, – Köçəryan qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı