Hərbi hissələrdə psixoloji işə dəstək və maarifləndirmə tədbirləri keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi müvafiq təlimata əsasən Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə psixoloji işə dəstək və maarifləndirmə tədbirləri aparılır. SİA-nın verdiyi məlumata görə, hərbi hissələrin psixoloqları və şəxsi heyətlə iş üzrə zabitləri gənc əsgərlərin xidmətə adaptasiya olunması, onların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı görüşlər keçirir, müvafiq tövsiyələr verir, yeni üsulların tətbiqinə dair maarifləndirmə işləri yerinə yetirirlər.

Tədbirlərdə hərbi qulluqçuların psixoloji vəziyyətlərinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi və s. mövzularda praktiki məşğələlər keçirilir, eləcə də gənc əsgərlərlə psixoloji maarifləndirmə mövzusunda söhbətlər aparılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here