Hərbi prokuror cinayət qanunvericiliyinə edilən dəyişikliklər haqda…

“Cinayət qanunvericiliyinə edilmiş mütərəqqi əlavə və dəyişikliklər yeni qəbul edilmiş qanunun təsiri altına düşən bir sıra kateqoriya cinayətlər üzrə təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsinə, həmçinin cəza çəkən məhkumların cəzalarının azaldılmasına və yaxud cəzadan tamamilə azad edilməsinə şərait yaradacaq”.

Bunu Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O qeyd edib ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli qanununun mahiyyətinin düzgün dərk edilməsi və tətbiqi mexanizmlərinin dürüst müəyyən olunması məqsədi ilə Respublika Hərbi Prokurorluğunun təcrübəli əməkdaşları tərəfindən əməli köməklik göstərilərək ərazi hərbi prokurorluqlarında mütəmadi olaraq praktik təlimlərin keçirilməsi Respublika Hərbi Prokurorluğunun tədbirlər planının tərkib hissəsidir.

Hərbi prokuror qeyd edib ki, Prezident İlham Əliyevin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirdiyi bu islahatlar ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldıraraq, hüquq sisteminin davamlı inkişafına, istintaq orqanları və məhkəmələr tərəfindən qəbul edilən qərarların daha dürüst tətbiq edilməsinə rəvac verəcək.

X.Vəliyev bildirib ki, Prezidentin 2017-ci il 10 fevral tarixində imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatlar mahiyyətcə hərtərəfli olmaqla, insan hüquq və azadlıqlarının əsas prinsiplərini, azadlıq hüququnun təmini baxımından isə strateji, yeni və kompleks yanaşmaları, əsaslı dəyişiklik və əməkdaşlığı özündə ehtiva edib: “Həyata keçirilən hüquqi islahatlar insan hüquqlarının genişləndirilməsi baxımından həbs və ya məhkum olunmuş şəxslərin hüquqlarını əhatə etməklə dövlətin sosial məsuliyyətliliyini daha da artırıb. Cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxsin azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid olunması təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud çətinliklər və zərurət məlum sərəncam əsasında önə çəkilməklə yanaşı, icrası da dövlət siyasətinin tərkib elementinə çevrilib”.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here