Həsən Ruhani Nəcəfdə Ayətullah Sistani ilə görüşüb

İran prezidenti Həsən Ruhani və başçılıq etdiyi nümayəndə heyəti İraq səfəri çərçivəsində Nəcəf şəhərinə baş çəkiblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İran prezidenti Nəcəfdə İmam Əlinin (ə) məzarını ziyarət edib.

Ziyarətdən sonra İran prezidenti regionun və İraqın tanınmış müctəhidi Ayətullah Sistani ilə görüşüb. Ayətullah Sistani Həsən Ruhanini öz evində qarşılayıb.

Məlumata görə Həsən Ruhani Nəcəf səfərində digər müctəhidlər, Ayətullahlar Bəşir Nəcəfi, Məhəmməd Səid əl-Həkim və İshaq əl-Fəyyazla da görüşəcək.

Qeyd edək ki, Ayətullah Sistani İraqda ən nüfuzlu, regionda isə ən tanınmış müctəhidlərdən biridir. ABŞ dövlət katibləri İraq səfərində onunla görüşmək istəsələr də Ayətullah Sistani bunu qəbul etməyib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here