Həvəskar astronomlar üçün elmi-kütləvi seminar

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurası, Tusi-Bohm Planetarium və “Astronomy Club”un birgə təşkilatçılığı ilə elmi-kütləvi seminar keçirilib.

Rəsədxanadan bildiriblər ki, tədbirdə tələbələr və astronomiya klublarından olan 50-dək həvəskar astronom iştirak edib.

“Park Bulvar” AVM-də yerləşən Tusi-Bohm Planetariumunda reallaşan tədbirdə ölkəmizdə səfərdə olan Rusiyanın Ka-Dar Rəsədxanasının elmi işlər üzrə rəhbəri Stanislav Korotki məruzə ilə çıxış edib. Məruzəçi tədbir iştirakçılarına Ka-Dar Rəsədxanasının astronomik nailiyyətləri barədə məlumat verib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here