RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Həyat dərsləri və gənclər üçün tövsiyələr”

570

Uğur qazanmaq üçün 10 əsas tövsiyə
Cavanşir Abdullayevdən maraqlı 2 saat həyat dərsləri.
Təşkilati dəstək: “İrəli” İctimai Birliyi və ABTC

= Açıq qapıda qarşınızdakı insan =
Cavanşir Abdullayev 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfat İnstitutunun maliyyə-kredit fakültəsini (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirmiş, Strateji idarəetmə, İnsan resurslarının idarə edilməsi, risklərin idarə edilməsi və idarəetmənin digər sahələri üzrə Avropanın aparıcı 10-dan artıq bankında üst-üstə 6 aydan çox təcrübə mübadiləsində olmuşdur.
İş karyerasını SSRİ bank sisteminin filialında kredit mütəxəssisi kimi başlayan, C. Abdullayev, SSRİ Dövlət Bankının Azərbaycan Kontoru və Respublika Aqrar-Sənaye bankının nəzarət-təftiş idarələrində müfəttiş, aparıcı müfəttiş, «Azinvestbank» KB-nın, Respublika Aqrar-Sənaye Bankının, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətlərinin Sədri vəzifələrində işləmişdir.
2000-ci ilin yanvarından Azərbaycan Bank Tədris Mərkəzinə rəhbərlik edən C.Abdullayev 50-dən artıq məsləhət xidməti layihəsi idarə etmiş, 10-dan artıq beynəlxalq təşkilatla yaxın əməkdaşlıq quraraq, Mərkəzin 27 beynəlxalq layihəyə cəlb olunmasına nail olmuş, Azərbaycanın aparıcı 19 bankına Strateji planlaşma və təşkilati struktur, 10 bank və 3 Dövlət təşkilatına (Mərkəzi Bank, Neft Fondu, Azərbaycan İnvestisiya Şirkəti) insan resurslarının idarə edilməsi, 3 banka risklərin idarə edilməsi, bir banka bankdaxili proseslərin təşkili və təlimat kitabçası və digər layihələr üzrə birbaşa məsləhət xidmətləri göstərmiş, Gürcüstanın 2 bankında SWOT təhlil aparmış və strateji inkişaf üzrə tövsiyələr vermişdir.
Cavanşir Abdullayev 2002-ci ildən başlayaraq, Strateji planlaşma, Liderlik, Filialların idarə edilməsi, Maliyyə Planlaşması və büdcə, Çirkli pulların yuyulması əleyhinə tədbirlər, İnsan resurslarının idarə edilməsi, Proseslərin səmərəli təşkili və Təlimat Kitabçası, Risklərin idarə edilməsi, habelə idarəetmə sistemləri və yumşaq vərdişlər üzrə təlim kursları aparır və məsləhət xidmətləri göstərir.

Vaxt: 3 oktyabr saat 11:00

Ünvan: World Business Centre

Səməd Vurğun küç., Bakü

https://ru.surveymonkey.com/r/IRELI_ABTC

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı