Həyat təslim olanları bağışlamır…

Deyir; Həyat gözəl olsaydı, körpə dünyaya gələndə ağlamaq əvəzinə gülərdi. Bir kaşki keçir içimdən… Kaşki dünyaya gəlmədən öncə fikrinin öyrənilmə üsulu olsaydı. Səni irəlidə nələrin, kimlərin gözlədiyini və ya heç vaxt gözləməyəcəyini bilmək olsaydı.Məlum deyil…

Məlum olan odur ki, hər kəsə bir ömür payı verilir bu həyatda. Paydan hər kəs bir cür istifadə edir. Kimisi məqsəd məramına çatmaq üçün hər şeyi gözə alarkən, kimisi ölmək üçün yaşayır. Asan həyat yoxdu. Asanlaşdırmaq, əlçatan olması üçün çalışmalısan, yaşamalısan. Qorxusuz yaşamağı dərk etməlisən. Sırf qorxular üzündən puç olan ömür paylarının sayı yoxdu. Bəzən sevmirlər itirməkdən qorxduqları üçün. Danışmayıb susurlar, müzakirə olunmaqdan qorxduqları üçün. Düşünmürlər, düşüncə içində itib batmaqdan qorxduqları üçün. Yaşlanmaqdan qorxurlar, gənclik illərinin qiymətini bilməyib illəri hədər verdikləri üçün. Yaddan çıxarılmaq, unudulmaqdan qorxurlar, çünki həyatda onu yadda saxlayacaq heçnə qoymadıqları üçün. Ölməkdən qorxurlar geriyə dönüb baxanda, sən demə heç vaxt yaşamadıqları üçün…

Bütün qorxuların dəf edildiyi, yalnız istəklərin, məqsədlərin, edəcəm və bacaracam-ların olduğu bir həyat yaşamaq gərəkdi. Rahatlamaq gərəkdi. Lazımsız əşyaları ehtiyacı olana vermək. Lazimsız sözləri sahiblərinə geri qaytarmaq. Lazimsız düşüncələri, baxışları silib atmaq və rahatlamaq…

Mübarizə aparmaq gərəkdi. İstədiyini tutmaq, tutduğunu qoparmaq, qopardığını əlində saxlamaq…

Hər şeyin başında cəhd etmək dayanır. Cəhd etməlisən. Olmadısa təkrar təkrar etməlisən. Çünki həyat təslim olanları bağışlamır…

Kəmalə Rəsulova

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here