Hadi Qaraçayın “Barışa inanma, Fərihcəm” adlı kitabının təqdimatı olub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə Güney Azərbaycan mühacir şairi Hadi Qaraçayın “Barışa inanma, Fərihcəm” adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə kitabı nəşrə hazırlayan Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad çıxış edərək müəllif haqqında məlumat verib. Qeyd edib ki, Hadi Qaraçay Güney Azərbaycanda və bütün türk dünyasında milli ruhun daşıyıcısı kimi xarakterizə olunur.

Sonra İsveçdə fəaliyyət göstərən Güney Azərbaycan Konqresi (GAK) başqanı Abdulla Amir Haşimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Cənubi Azərbaycan bölməsinin sədri Sayman Aruz, Ədəbiyyat İnstitutunun əməkdaşları – Cavanşir Yusifzadə, Qürbət Mirzəzadə, Aygün Bağırlı, Qumru Şəhriyar, Sakibə Ələsgərova, şairlərdən Zəkulla Bayramlı, Mənzər Nigarlı, Kəmalə Abıyeva və digərləri çıxış edərək nəşr haqqında düşüncələrini bölüşüblər. Bildirilib ki, Hadi Qaraçay Çağdaş Güney Azərbaycan poeziyasının yaradıcılarından, qüdrətli nümayəndələrindən biridir.

Sonda Hadi Qaraçay çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və kitab haqqında fikirlərini dilə gətirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here