“Halloween” (Cadugərlər Bayramı)

Hallouin bayramı hər il 31 oktyabr tarixində qeyd edilən müasir balqabaqlar bayramıdır. Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında hazırlanıb. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə təntənəli şəkildə keçirilir.

Bayramın qeyd olunduğu ölkələr üçün bu gün önəmli bir gündür. Cadugərlər bayramı olaraq da bilinir. Mərasimlər üç gün davam edir. Bayram hazırlıqlarına isə oktyabr ayının ikinci həftəsindən etibarən başlanılır. Bir qayda olaraq insanlar bir-birilərinin evlərini ziyarət edirlər. Hər kəsin evində, qapıların ağzında, kafelərin qarşısında müəyyən formaya salınan balqabaqlar qoyulur və onun içərisi işıqlandırılır. Həmin ərəfədə hər tərəfə qına çiçəkləri adlandırılan güllər əkilir. İnsanlar düşünür ki, çiçəklərin qoxusu bu dünyada yolunu azmış ruhların düzgün yerə getmələri işində onlara köməklik edəcək. Bayram günündə insanlar dünyasını dəyişmiş yaxınlarının adlarına şamlar yandırır və ruhlarının şad olması üçün dualar edirlər. Bu elementlər Meksikada eynilə saxlanılıb və bu gün də yerinə yetirilir. Lakin ABŞ-da insanlar bayram günündə bir-birilərini qorxutmaqdan zövq alırlar. Qorxulu hekayələr danışır, insanlarda qorxu yaradacaq paltarlar geyir və elə bu formadaca küçələrdə gəzirlər.

Bundan əlavə Hallowen günü uşaqlar üçün də gözəl bayramlardan biridir. Belə ki, onlar sevimli və qorxulu kostyumlarını geyinib qapı-qapı gəzib qonşularından şirniyyat yığırlar. Həm əylənir, həm də başqalarını qorxutduqlarını zənn edirlər.

 

 

dialoq info

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here