RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

Hansı müəllimlərin maaşı artırılır? – Nazirlikdən AÇIQLAMA

328

Azərbaycan Prezidentinin təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması ilə bağlı bu il imzaladığı sərəncam diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunmur.

Day.Az bildirir ki, bu barədə report-un sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən deyilib.

“Azərbaycan Respublikası Prezidentinin “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1709 nömrəli sərəncamına əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçmiş müəllimlərin əməkhaqqı Vahid Tarif Cədvəli əsasında ödənilmədiyi üçün qeyd olunan artım həmin müəllimlərə şamil olunmur”, – nazirlikdən bildirilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı