“Hazırcavablar”ın növbəti qalibi

Paytaxt məktəblilərindən ibarət komandalar arasında növbəti intellektual oyun təşkil edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 153 və 154 nömrəli tam orta məktəblərin, 166 və 220 nömrəli məktəb-liseylərin komandaları “Hazırcavablar” intellektual oyununda qarşılaşıb. Məktəblilər “Azərbaycan dili”, “Ədəbiyyat”, “Tarix”, “Biologiya” və “Hansı?” bölmələri üzrə sualları cavablandırıb.
İntellektual oyunun nəticələrinə əsasən, 153 nömrəli tam orta məktəbin komandası qalib gəlib.
Qeyd edək ki, “Hazırcavablar” intellektual oyunu BŞTİ və AzTv-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.
“Hazırcavablar” intellektual oyununda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.
Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here