Helsinki Komissiyasının sədri: “Azərbaycan ABŞ-ın aparıcı tərəfdaşıdır”

ABŞ Senatının Missisipi ştatını təmsil edən respublikaçı üzvü, ABŞ Helsinki Komissiyasının sədri Rocer Uiker Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Bəyanatda ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu bildirilir. 1920-ci ildə bolşeviklərin Azərbaycana müdaxiləsilə ölkənin Sovet İttifaqının tərkibinə qatıldığı, lakin Sovet İttifaqının dağılması ilə Azərbaycanın yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi vurğulanır. ABŞ-ın yenidən Azərbaycanın müstəqilliyini tanıyaraq 1992-ci ildə diplomatik əlaqələr qurduğu qeyd edilir.
Bəyanatda, həmçinin Azərbaycanın təhlükəsizlik sahəsində ABŞ-ın aparıcı tərəfdaşı olduğu xüsusi vurğulanıt. Diqqətə çatdırılır ki, 2002-ci ildən Azərbaycan qoşunları Əfqanıstanda xidmət göstər, ABŞ-a və NATO tərəfdaşlarına yadım edir. Azərbaycanın şimal paylayıcı şəbəkəsi vasitəsilə Əfqanıstana hərbi yüklərin daşınmasında mühüm tranzit rolu oynadığı, habelə ölkəmizin Əfqanıstana gedən ABŞ hərbi heyətinin Azərbaycan hava məkanından istifadəsinə icazə verdiyi vurğulanır.(azvision)
Bəyanatda dünyəvi Azərbaycanın nümunəvi bir dövlət olduğu bildirilir, ölkəmizin Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı qeyd edilir. Sonda isə senator Azərbaycan xalqına öz səmimi təbriklərini çatdırır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here