Hərbi hissədə şəxsi heyətlə görüş keçirilib

Müdafiə Nazirliyi və Tərtər rayon Qarabağ Qaziləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.
Nazirlikdən verilən xəbərə görə, tədbirdə iştirak edənlər əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Qonaqlar şəxsi heyət qarşısında çıxış edərək işğal olunmuş torpaqlarımızın tezliklə azad edilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən aparılan siyasətin öz bəhrəsini verəcəyini və bu vəzifənin uğurla həyata keçirilməsi üçün müasir silah, döyüş texnika ilə təchiz edilmiş, yüksək hazırlığa malik Azərbaycan Ordusunun hər an döyüşə hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Qarabağ müharibəsinin iştirakçıları keçdikləri döyüş yolları barədə şəxsi heyətə məlumat veriblər. Sonra qonaqlar hərbi hissədə şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olub, onların qış mövsümünə hazırlığı, ərzaq təminatı ilə maraqlanıblar. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib. Qonaqlar şəxsi heyətlə birlikdə nahar etdikdən sonra xatirə şəkli çəkdirilib.

 

Azvision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here