Heydər Əliyev Sarayında Bakı Şopinq Festivalının açılış mərasimi keçiriləcək

Aprelin 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, həmin gün Azərbaycan Dövlət Rəqs Ansamblının “Yeni Azərbaycanım” adlı möhtəşəm konsert proqramı və “Koroğlu” bir pərdəli milli baletinin premyerası olacaq.

Konsertin bədii rəhbəri və quruluşçu rejissoru Rusiyanın Xalq Artisti Dikalu Muzakaevdir.

Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here