Hikmət Hacıyev Almaniyaya gedib

Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev Almaniyaya gedib.

Azvision.az -ın məlumatına görə, bu barədə H.Hacıyev özünün “Twitter” səhifəsində yazıb. O, qeyd edib ki, Azərbaycan və Almaniya arasında dost və qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur.

“Gözəl Berlində olmaqdan məmnunam. Alman həmkarlarımla faydalı görüşlər keçirməyi, akademik institutlarla danışmağı, Cənubi Qafqazda sülh və stabilliklə bağlı konfransda çıxış etməyi səbirsizliklə gözləyirəm”, – deyə Hacıyev yazıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here